Təbrizdə Azərbaycan əleyhinə etiraz aksiyası keçirilib

Təbrizdə Azərbaycan əleyhinə etiraz aksiyası keçirilib
# 19 may 2012 09:33 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Təbrizdə Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə etiraz olaraq aksiya keçirilib. APA-nın məlumatına görə, aksiya iştirakçıları Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirərək, Bakıda bu mahnı müsabiqəsinin keçirilməməsini tələb ediblər. Təbrizdə yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, aksiya hökumət tərəfindən təşkil edilib və nümayişçilər sadə təbrizlilər deyil, hakimiyyətə, “Sepah”a və “Bəsiç”ə bağlı şəxslər və din xadimləri olub. Polis Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirən aksiyaya müdaxilə etməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR