Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərov vəfat edib - YENİLƏNİB

Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərov vəfat edib - <font color=red>YENİLƏNİB</font>
# 07 avqust 2012 07:27 (UTC +04:00)
APA-nın “Lent.az”a istinadən yaydığı məlumata görə, M. Ələsgərov uzun sürən xəstəlikdən sonra bu gün Mərdəkanda, bağ evində dünyasını dəyişib.

Qeyd edək ki, Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiri işləyib.1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.

Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. MDB-nin "Sodrujestvo" ordeninə və Rusiya Federasiyasının "Dostluq" ordeninə layiq görülüb.

Murtuz Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.

2005-ci il noyabrın 6-dan 11 saylı Qaradağ seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının, Azərbaycan-Fransa, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR