Dow Jones indeksi 1,1%, S&P 500 1,3%, Nasdaq 1,5% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,3%, Nasdaq 1,5% enib
# 16 aprel 2012 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 13-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 12 850 bəndədək, S&P 500 1,3% - 1 370 bəndədək, Nasdaq 1,5% - 3 011 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, kotirovkaların enməsinə Çin və İspaniyada bir sıra mənfi makroiqtisadi göstəricilər təsir edib.

Avropa fond bazarlarında aprelin 13-də FTSE 100 indeksi 1,0% - 5 652 bəndədək, Almaniya DAX-ı 2,4% - 6 584 bəndədək, Fransa CAC-40-ı 2,5% - 3 189 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,4% azalaraq 1 651,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3017 (-1,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR