İranın cənub bölgəsində yeni neft yataqları aşkar edilib

İranın cənub bölgəsində yeni neft yataqları aşkar edilib
# 21 aprel 2012 00:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Xuzistan vilayətində iki yeni neft yatağı aşkar edilib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İranın Milli Neft Şirkətinin ölkənin cənubunda yerləşən neft yataqları üzrə icraçı direktoru Hörmüz Kəlavənd açıqlama verib. O bildirib ki, yeni kəşf edilən neft qatlarının qalınlığı 200 metrdir: “Qazıntı işləri tamamlandıqdan sonra yatağın neft ehtiyatı tam müəyyən ediləcək. Bu kəşflər beynəlxalq proseslər və münasibətlərdə İranın xeyrinə müsbət təsir göstərəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR