Ədalət mühakiməsinin effektivliyi üzrə Avropa Komissiyası növbəti hesabatını açıqlayıb

Ədalət mühakiməsinin effektivliyi üzrə Avropa Komissiyası növbəti hesabatını açıqlayıb
# 20 sentyabr 2012 14:44 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Sentyabrın 20-də Strasburqda Ədalət mühakiməsinin effektivliyi üzrə Avropa Komissiyası (CEPEJ) Avropa Şurası ölkələrində ədliyyə sisteminin vəziyyətinə dair 4-cü qiymətləndirici hesabat açıqlayıb. APA-nın xəbərinə görə, hesabat bu gün AŞ ölkələri ədliyyə nazirlərinin konfransı çərçivəsində təqdim olunub.

Sənəddə 46 üzv ölkədə (Lixtenşteyn istisna olmaqla) ədliyyə sahəsinə ayrılan vəsaitlərin həcmi və məhkəmə-hüquq sahəsində aparılan islahatlar haqqında ətraflı məlumatlar əksini tapıb.

Azərbaycanla bağlı hissədə bildirilir ki, sürətli iqtisadi inkişaf nəticəsində ölkədə geniş miqyaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi davam edir və bu sahəyə ayrılan vəsait ciddi şəkildə artıb: “Belə ki, 2008-ci illə müqayisədə Azərbaycanda ədliyyə sahəsinə ayrılan büdcə vəsaiti 50 faizdən çox artıb. Penitensiar, məhkəmə-hüquq sahəsində islahatlar davam edir, məhkəmə binalarının layihələndirilməsi üzrə vahid konsepsiyanın hazırlanması, yeni məhkəmə komplekslərinin tikintisi, məhkəmələrdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, hakimlərin və məhkəmə əməkdaşlarının sayının artırılması üçün investisiyalar qoyulur. Məhkəmələrin kompüterləşməsinə sərf olunan büdcə ayırmalarının artması ölkədə elektron hökumət və elektron məhkəmə sisteminin tətbiqi ilə əlaqədardır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR