Azərbaycanın Los Ancelesdəki baş konsulu Kaliforniya Senatının sədri ilə görüşüb

Azərbaycanın Los Ancelesdəki baş konsulu Kaliforniya Senatının sədri ilə görüşüb
# 27 iyun 2012 07:47 (UTC +04:00)
Bakı – APA. Azərbaycan haqda həqiqətlərin çatdırılması və Kaliforniyanın qanunvericilik orqanları ilə Azərbaycanın əlaqələrinin gücləndirilməsi məqsədilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ştatın paytaxtı Sakramento şəhərində səfərdə olub. Baş Konsulluqdan APA-ya verilən məlumata görə, səfər çərçivəsində N. Ağayev Kaliforniya Senatının sədri Darrel Staynberq ilə görüşüb. Görüşdə Azərbaycanın hazırkı inkişafı, regionda oynadığı önəmli rol, Azərbaycan-ABŞ münasibətləri, o cümlədən Azərbaycanın Kaliforniya ştatı ilə əlaqələri və digər məsələlər müzakirə olunub.

Baş konsul həmçinin Kaliforniya Senatının və Assambleyasının bir çox üzvləri ilə də görüşərək, onlarla Azərbaycana və regiona dair müxtəlif mövzular üzrə ətraflı fikir mübadiləsi aparıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR