Asiya İnkişaf Bankı 2015-ci ilədək Azərbaycana 580 mln. dollar ayıracaq

Asiya İnkişaf Bankı 2015-ci ilədək Azərbaycana 580 mln. dollar ayıracaq
# 03 oktyabr 2012 14:29 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı nümayəndəliyindən bildirilib.
Biznes-plan çərçivəsində həmçinin, 2012-2014-cü illər üçün 3,25 mln. dollar dəyərində texniki yardım da nəzərdə tutulub.

«Yeni biznes-plana əsasən, həm də hökumətin maraqlı olduğu nəqliyyat, şəhər xidmətləri və özəl sektorun inkişafına üstünlük veriləcək. AİB enerji sahəsində mümkün yardımların müzakirəsini də Azərbaycan hökuməti ilə davam etdirir. AİB-in özəl sektor qrupu infrastruktur sahəsində investisiya imkanlarını araşdırır və maliyyə təşkilatlarına dəstəyi davam etdirəcək», - deyə nümayəndəlikdən bildirilib.

Eyni zamanda, yeni plan daxili artıma da yardım edəcək: «AİB-in nəqliyyat sektoruna cəlb edilməsi yoxsullar və qadınlar üçün faydalı olacaq. Su təchizatı və kanalizasiya sektoruna AİB-in yardımı yaşayış şəraitini yaxşılaşdıracaq və ölkə əhalisinə birbaşa fayda verəcək. Şəhər nəqliyyat sektoru üçün olunan təklif effektiv, səmərəli və əhatəli nəqliyyat üçün həll yolları yaradacaq və iqlim dəyişikliyinin təsirini yüngülləşdirəcək».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR