İranda 13 nəfər edam edilib

İranda 13 nəfər edam edilib
# 07 noyabr 2012 12:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranın paytaxtı Tehran şəhərində 10, Şirazda isə 3 nəfər edam edilib. APA-nın məlumatına görə, narkotik maddələrin qaçaqmaçılığında təqsirləndirilən 13 nəfər barədə yerli məhkəmə ölüm hökmü çıxarıb. 10 nəfər Tehran həbsxanasında, 3 nəfər isə Şiraz şəhərində əhalinin gözü qarşısında edam edilib.

Qeyd edək ki, İran edamların sayına görə Çindən sonra dünyada ikinci yeri tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR