Bakı Metropolitenində 45 il istifadə olunan köhnə qatar rabitəsi yenisi ilə əvəz edilib

Bakı Metropolitenində 45 il istifadə olunan köhnə qatar rabitəsi yenisi ilə əvəz edilib
# 29 avqust 2012 15:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Metropolitenində qatar heyəti ilə dispetçer arasındakı rabitənin keyfiyyətinin artırılması məqsədilə radio rabitəsinin dəyişdirilməsi işləri yekunlaşır.

APA-nın məlumatına görə, təxminən 45 il işləyən köhnə qatar rabitəsi yenisi ilə əvəz edilib. Hazırda xidmətin rabitə distansiyasında yeni “Arion RS-6” radio stansiyalarının quraşdırılması işləri yekunlaşmaq üzrədir. İki stansiya istisna olmaqla bütün stansiyalarda qurğular normal işləyir. Belə ki, “Nərimanov” və “20 Yanvar” stansiyalarındakı qurğularda kiçik problemlər çıxıb. Yaxın vaxtlarda həmin problemlərin aradan qaldırılması gözlənilir.

Qeyd edək ki, yeni qurğulara qədər Bakı Metropolitenində qatar heyəti ilə dispetçer rabitəsi keyfiyyətsiz olub. İndiyədək rabitə vaxtı uğultu, kənar səslər olub ki, bu da maşinist-dispetçer radio əlaqəsi zamanı danışığı çətinləşdirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR