Siyavuş Novruzov: “Radikal müxalifət yalnız özünün və qulluq etdikləri ağalarının marağını güdür”

Siyavuş Novruzov: “Radikal müxalifət yalnız özünün və qulluq etdikləri ağalarının marağını güdür”
# 13 iyun 2012 10:40 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. “Müxalifət partiyaların bəyanatları və hansı addım atmaları bizi narahat etmir. Sadəcə olaraq, xalqımız onların nəyə qadir olduqlarını və kim olduqlarını bir daha müəyyən etdi”. APA-nın xəbərinə görə, bu fikirləri YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov partiyanın rəsmi saytına açıqlamasında deyib.
S. Novruzov bildirib ki, radikal müxalifət üçün vətən, dövlət, millət marağı yoxdur: Bu dairələr yalnız özlərinin və qulluq etdikləri ağalarının marağını güdürlər. Təbii ki, onlar siyasətin arxivindədir və son hərəkətləri ilə arxivdəki yerlərini daha dərinləşdirirlər. Ölkə vətəndaşları, cəmiyyətimiz ümummilli məsələlərdə müxalifət düşərgəsinin həmrəyliyinin şahidi olmayıb. Xüsusilə, “Eurovision” mahnı müsabiqəsi ərəfəsində əllərindən gələni etdilər ki, ölkəmizin imicinə zərbə vursunlar. Belə qənaətə gəlmək olur ki, sabah ordumuz torpaqlarımızı azad etməyə başlayanda, bu cür arxadan xəncər vuranlar nə oyundan çıxa bilərlər. Bir müddət əvvəl xeyli əcnəbi jurnalist ölkəmizdə səfərdə oldu. Bu, Qarabağ həqiqətlərinin onlar vasitəsilə dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı fürsət idi. Amma müxalifət təmsilçiləri Qarabağla bağlı bir kəlmə də danışmadılar. Bunu ona görə etmədilər ki, xarici havadarlarının xoşuna gəlməzdi. Axı onlara belə tapşırıq verilməmişdi. Radikal müxalifət partiyaları yalnız xarici havadarları üçün canfəşanlıq etdi. Sözsüz ki, həmin partiyaların rəhbərləri bunun müqabilində pul alıb yay istirahətinə gedəcəklər. Yəni bu müxalifət üçün xalqın taleyi vacib deyil, onlar üçün əsas məsələ öz mədələridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR