Ukraynada “Dünyanı yaxşılığa doğru dəyişək” 11-ci beynəlxalq uşaq festivalının yekununa dair tədbir keçirilib
24 oktyabr 2012 10:15 (UTC +04:00)
Bakı – APA. Ukrayna Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında “Ümid və Xeyirxahlıq Ümumukrayna Xeyriyyə Fondu”nun, “Artek” Beynəlxalq Uşaq Mərkəzinin, Ukrayna İctimai Siyasət Nazirliyinin və Ukrayna Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə 16 iyul-3 avqust 2012-ci il tarixlərində Ukraynanın Krım Muxtar Respublikasında keçirilmiş “Dünyanı yaxşılığa doğru dəyişək” 11-ci beynəlxalq uşaq festivalının yekununa dair tədbir keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, həmin tədbirə 54 ölkədən 703 uşaq qatılıb ki, onlardan 453 nəfəri xarici ölkə vətəndaşları və 250 nəfəri isə Ukrayna vətəndaşları olub.
Təntənəli mərasimi Ukrayna baş nazirinin müşaviri xanım Valentina Dovjenko açaraq festivalın yekun nəticələri barəsində ətraflı məlumat verib. Ukrayna Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Yevgeni Mikitenko adı çəkilən festivalda iştirak edən 54 ölkənin səfirlərinə minnətdarlığını bildirib.
Krım MR-da keçirilmiş “Dünyanı yaxşılığa doğru dəyişək” 11-ci Beynəlxalq uşaq festivalına qatılmış azərbaycanlı Saleh Cəfərov “Ümumdünya Uşaq Millətlər Liqası” beynəlxalq təşkilatının baş əlaqələndiricisi vəzifəsinə, Rafael Hacıbəyli isə “Ümumdünya Uşaq Millətlər Liqası”nda “Sağlam olmaq dəbdədir” mövzusunun əlaqələndiricisi seçilib.

Sosial
NİİM Bakıda təmirə görə bağlanan yolla bağlı müraciət edib
12:22
10 may 2024
Şuşadakı "ASAN xidmət" mərkəzi iyunda hazır olacaq
11:52
10 may 2024
Mayın 11-12-də güclü maqnit qasırğası gözlənilir
10:55
10 may 2024
Qurban Yetirmişli: Hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun
10:26
10 may 2024