Azərbaycan yığması FİFA reytinqində 16 xal qazandı

Azərbaycan yığması FİFA reytinqində 16 xal qazandı
# 16 avqust 2012 11:35 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin Bəhreyn yığması üzərindəki 3:0 hesablı qələbəsi FİFA reytinqində də öz əksini tapacaq. Apasport.az saytının məlumatına görə, bu qələbə Berti Foqtsun yetirmələrinin hesabına 273,42 xal qazandırıb.

Bu isə o deməkdir ki, hazırda əmsalı 308-ə bərabər olan millimiz növbəti reytinq siyahısında 324 xala malik olacaq. Yığmamıza 16 xallıq qazanc gətirən qarşılaşmada itirən isə ərəblər olub.

Məğlub olduğu üçün 0-a layiq görülən Bəhreyn millisinin son reytinqdəki 331 xalı azalacaq. Sentyabrın 5-də açıqlanacaq cədvəldə asiyalıların cəmi 308 xalı olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR