Fransız mütəxəssislər Azərbaycanda modern rəqs məşğələləri keçəcəklər

Fransız mütəxəssislər Azərbaycanda modern rəqs məşğələləri keçəcəklər
# 09 aprel 2012 12:13 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. 9-13 aprel tarixlərində Yuğ Dövlət Teatrında modern rəqs məşğələləri təşkil olunacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məşğələləri teatrın nəzdində fəaliyyət göstərən Yaradıcı Təşəbbüslər Mərkəzi Azərbaycandakı Fransız İnstitutu ilə birlikdə hazırlayıb. Məşğələlərdə fransız rəqqaslar Sara Baltzinger və Aleksandro Lipo modern rəqs teatrı, müasir rəqsin texniki tərəfləri, xoreoqrafik repertuar üzərində iş, kontakt, improvizasiya və yaradıcılıq kimi istiqamətlərdə öz təcrübələrini iştirakçılarla paylaşacaq.

Məşğələlər pulsuzdur və maraqlananlar iştirak edə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR