Moskvada Vladimir Putinin tərəfdarlarının izdihamlı mitinqi keçirilib - FOTO

Moskvada Vladimir Putinin tərəfdarlarının izdihamlı mitinqi keçirilib - <font color=red>FOTO</font>
# 23 fevral 2012 12:19 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Moskvada Rusiya prezidentliyinə namizəd, hazırkı baş nazir Vladimir Putinin tərəfdarlarının izdihamlı mitinqi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın “Lujniki” stadionunda keçirilən mitinqə V. Putin də qatılıb.
130 min nəfərin iştirak etdiyi mitinqdə çıxış edən V. Putin 23 fevral - Silahlı Qüvvələr Günündə onu dəstəkləməyə gələnlərə təşəkkürünü bildirib: “Rusiyanın daxili işlərinə xarici qüvvələrin qarışmasına icazə verməməliyik. Biz qəhrəman ölkəyik. Bu, bizim genlərimizdə var. Sizdən xahişim odur ki, xarici qüvvələrin bizi incitməsinə icazə verməyin. Qələbə hər zaman bizimlədir, bu dəfə də bizimlə olacaq. Biz qalib gələcəyik. Kasıblıq, ədalətsizlik və bərabərsizliyə son qoyacağıq. Mən ölkəmizdə hamının eyni səviyyədə bərabər şəkildə yaşamasını xəyal edirəm. Bu xəyalı gerçəkləşdirəcəyəm”.
Daha sonra V. Putin tribunadan mitinq iştirakçılarının arasına enərək, onlarla əlbəəl görüşməyə başlayıb. Aksiyada “Bizim liderimiz Putin!”, “Səslərimiz Putinə!”, “Ölkəni yıxmağa icazə verməyəcəyik!”, “Putin deyilsə, kim?” şuarları səsləndirilib.
Moskva polisi tərəfindən verilən açıqlamada aksiyada 130 min nəfərdən artıq insanın iştirak etdiyi bildirilib. Hüquq-mühafizə orqanları tərəfindən mitinqə pul qarşılığında iştirakçı toplayan 10 nəfər həbs edilib. Onların müxalifət tərəfindən qəsdən tutulduğu, Putinin mitinqə pulla adam toplaması haqda informasiyaların yayılması üçün bu cür hərəkət etdikləri bidlrilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR