ABŞ-da seçkilər ərəfəsində keçirilən son debatın qalibi Barak Obama olub

ABŞ-da seçkilər ərəfəsində keçirilən son debatın qalibi Barak Obama olub
# 23 oktyabr 2012 07:04 (UTC +04:00)
APA-nın məlumatına görə, tamaşaçıların 48 faizi Barak Obamanı, 40 faizi isə Mitt Romnini dəstəkləyib. Bununla belə namizədlərdən heç biri tamaşaçıların əksəriyyətinin dəstəyini qazana bilməyib. Respondentlərin 24 faizi seçkilərdə Barak Obamanı, 25 faizi isə Mitt Romnini dəstəkləməyə hazır olduğunu bildirib. Florida ştatında keçirilən debatlar sayca dördüncü və sonuncu olub. Bu dəfə debatlar ABŞ-ın xarici siyasəti ətrafında aparılıb. Keçirilən ictimai rəy sorğularına görə, bundan əvvəlki debatın qalibi də Barak Obama olub, vitse-prezident postuna namizədlər Co Bayden və Pol Rayan arasında debatlar isə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 6-da keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR