Azərbaycan alüminium ixracını 22 dəfə artıb

Azərbaycan alüminium ixracını 22 dəfə artıb
# 23 may 2012 09:08 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Yanvar-aprel aylarında Azərbaycandan ixracın təqribən 94%-i xam neft, neft məhsulları və təbii qazın payına düşüb. Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ilk 4 ayda ölkədən 7 277,4 mln. dollarlıq xam neft ixrac edilib ki, bu da ümumi ixracın 86,29%-i deməkdir. İxracın həcminə görə sonrakı yeri neft məhsulları və təbii qaz tutur - bu dövrdə ölkədən 416,563 mln. dollarlıq və ya ümumi ixracın 4,94%-i qədər neft məhsulları, 220,414 mln. dollarlıq və ya ümumi ixracın 2,61%-i qədər təbii qaz ixrac edilib.

Ölkədən ixrac edilən digər mal və məhsulların ümumi ixracda payı 1%-dən aşağıdır. Yanvar-aprel aylarında ölkədən 76,403 mln. dollarlıq bitki və heyvan mənşəli yağlar (ixracda payı 0,91%), 58,629 mln. dollarlıq kimya sənayesi məhsulları (0,70%), 45,129 mln. dollarlıq qara metallar və onlardan hazırlanan məmulatlar (0,54%), 34,916 mln. dollarlıq alüminium və ondan hazırlanan məmulatlar (0,41%), 33,452 mln. dollarlıq meyvə-tərəvəz (0,40%), 5,410 mln. dollarlıq alkoqollu və alkoqolsuz içkilər (0,06%), 2,813 mln. dollarlıq pambıq lifi (0,03%-i) və digər mallar (3,11%) ixrac edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın strukturunda ən çox artım alüminium və ondan hazırlanan məmulatlarda müşahidə olunub. Bu mal üzrə ixrac ötən ilə nisbətən 22 dəfə artıb. Həmçinin, kimya məhsulları üzrə 2,5 dəfə artım qeydə alınıb.

Alkoqollu və alkoqolsuz içkilərin ixracı 44,34%, meyvə-tərəvəz ixracı 26,71%, xam neft ixracı 6,47%, bitki və heyvan mənşəli yağların ixracı 2,19% artıb.

Əvəzində pambıq lifinin ixracı 25,39%, qara metallar və ondan hazırlanan məmulatların ixracı 22,3%, təbii qaz ixracı 14,34%, neft məhsullarının ixracı 9,07% azalıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR