Baş Prokurorluq Gülər Əhmədovanın evində axtarış aparılması barədə məlumatlara münasibət bildirib
10 oktyabr 2012 09:13 (UTC +04:00)
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, bəzi KİV-də Gülər Əhmədovanın mənzilində prokurorluq əməkdaşları tərəfindən axtarış aparılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: “Bu məlumat doğru deyil və tərəfimizdən qəti şəkildə təkzib olunur”.
E. Sultanov həmçinin KİV nümayəndələrinə müraciət edərək, bu qəbildən olan informasiyaların düzgünlüyünü dəqiqləşdirmədən yayımlamamağı tövsiyə edib.
Xatırladaq ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
Qeyd edilən audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:15
19 may 2024
Sumqayıtda sursat aşkar edilib - FOTO - VİDEO
10:46
19 may 2024
Göygöldə çayda batan yeniyetmənin cəsədi tapılıb - YENİLƏNİB-2 - FOTO - VİDEO
07:25
19 may 2024
Zaqatalada avtomobil ağaca çırpılıb, ata və azyaşlı qızı xəsarət alıb - YENİLƏNİB
21:11
18 may 2024