Azərbaycan Beynəlxalq Bankının aktivləri 12% artıb

Azərbaycan Beynəlxalq Bankının aktivləri 12% artıb
# 19 oktyabr 2012 12:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 12% artaraq 2012-ci ilin oktyabrın 1-nə 5,505 mlrd. manata çatıb. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Bankın məcmu kapitalı isə 18,1% artaraq 594,1 mln. manat çatıb.

Cari ilin III rübün sonuna Bankın aktivlərinin gəlirlik əmsalı (ROA) 0,64%, kapitalın gəlirlik əmsalı (ROE) isə 7,42% təşkil edib. Müqayisə üçün bildirək ki, ötən ilin oktyabrın 1-də bu göstəricilər müvafiq olaraq 0,15% və 1,64%-ə bərabər olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR