Azərbaycanda 16 yaşlı cinsi azlıq qətl törədib

Azərbaycanda 16 yaşlı cinsi azlıq qətl törədib
# 12 aprel 2012 06:55 (UTC +04:00)
Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirilib.

Hadisə ötən gün axşam saatlarında, Yasamal rayonu, Nərimanov küçəsi ev 55/57, mənzil 4 ünvanında qeydə alınıb. Bakı şəhər sakini, 33 yaşlı İslam Kamran oğlu Abdullayev həmin ünvanda bıçaqlanıb. 10 bıçaq xəsarəti alan yaralı təcilli olaraq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətlin üstü açılıb. Məlum olub ki, İ. Abdullayev yuxarıda göstərilən ünvanda 16 yaşlı cinsi azlıqla intim əlaqədə olub. Sonradan onların arasında mübahisə yaranıb. Adının açıqlanmadığı həmin şəxs İ. Abdullayevi bıçaqlayıb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR