Atasını qətlə yetirən oğul 12 il müddətinə azadlıqdan məhrum edilib

Atasını qətlə yetirən oğul 12 il müddətinə azadlıqdan məhrum edilib
# 16 avqust 2012 08:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Samir İsrafilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, S. İsrafilov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Samir İsrafilov atası ilə aralarında baş verən münaqişə zəminində 1956-cı il təvəllüdlü Yanvar İsrafilovu bıçaqlayıb. Yanvar İsrafilov aldığı xəsarətdən dünyasını dəyişib. Samir İsrafilov isə atasını qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. İsrafilov tutularaq istintaqa təhvil verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR