Pakistanda tikiş fabrikində baş verən yanğında ölənlərin sayı 236 nəfərə çatıb

Pakistanda tikiş fabrikində baş verən yanğında ölənlərin sayı 236 nəfərə çatıb
# 12 sentyabr 2012 13:46 (UTC +04:00)
APA-nın məlumatına görə, bu rəqəmi yerli hakimiyyət orqanları açıqlayıblar. Bundan əvvəlki məlumatlarda yanğın zamanı 166 nəfərin öldüyü bildirilirdi. Kəraçinin polis rəisi İqbal Mahmud ölənlərin sayının artacağını istisna etməyib. O, yanğının əhatə etdiyi ərazidə tam təhqiqat aparılmadığını deyib. Qeyd edək ki, tikiş fabrikində yanğın dünən səhər başlayıb, yanğını yalnız gecə saatlarında söndürmək mümkün olub. Hazırda fabrikin dağıntıları altında meyitlərin çıxarılması davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR