İspaniya iqtisadiyyatında texniki böhran yaşanır

İspaniya iqtisadiyyatında texniki böhran yaşanır
# 01 may 2012 08:31 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin I rübündə İspaniya iqtisadiyyatı rüblük müqayisədə 0,3%, illik müqayisədə isə 0,4% azalıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə İspaniya Milli Statistika İnstitutu açıqlama yayıb.

Hökumətin qəbul etdiyi sərt qənaət tədbirləri proqramının fonunda İspaniya iqtisadiyyatında böhran davam edir. Bu tədbirlər istehlakçı fəallığına və daxili tələbata mənfi təsir etdiyindən, ölkədə etiraz aksiyalarına səbəb olub.

Ötən ilin IV rübündə İspaniya iqtisadiyyatında azalma 0,3% təşkil edib. İki rüb ard-arda ÜDM-in azalması texniki böhran hesab olunur.

Qeyd edək ki, hazırda İspaniyada büdcə kəsiri 8,5% təşkil edir. Beynəlxalq maliyyə qurumlarından vəsait cəlb etmək üçün hökumət bu göstəricini 5,3%-ə salmalıdır. Bununla belə, ölkədə işsizlik səviyyəsi getdikcə artır. Bu ilin I rübündə işsizlik səviyyəsi tarixi maksimuma - 24,4%-ə çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR