Saatlıda ev yanıb, xəsarət alanlar var

Saatlıda ev yanıb, xəsarət alanlar var
# 14 fevral 2012 13:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Saatlı rayonunda güclü yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Heydərabad kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb, evdə olan 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR