Azərbaycanın bir sıra bölgələrində təxirə salınmış mərkəzləşdirilmiş yoxlama imtahanları fevralın 11-12-də keçiriləcək

Azərbaycanın bir sıra bölgələrində təxirə salınmış mərkəzləşdirilmiş yoxlama imtahanları fevralın 11-12-də keçiriləcək
# 09 fevral 2012 12:56 (UTC +04:00)
Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib. Onun sözlərinə görə, yoxlama imtahanları saat 12.00-da başlayacaq.

Qeyd edək ki, Təhsil naziri Misir Mərdanovun müvafiq əmrinə əsasən, hava şəraiti ilə əlaqədar ölkənin bütün orta ümumi təhsil müəssisələrində fevralın 2-dən 5-dək tədris müvəqqəti olaraq dayandırılmışdı. Əmrə əsasən, həmçinin 4-5 fevral tarixlərində Şirvan şəhərində, Hacıqabul, Ağcabədi, Beyləqan, İmişli, Kürdəmir, Xocavənd rayonlarında XI və IX siniflər üzrə keçirilməsi nəzərdə tutulan mərkəzləşdirilmiş yoxlama imtahanları təxirə salınmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR