Aleksandr Lukaşeviç: “Rusiya Suriya hökumətinin iştirakı olmadan “Suriyanın dostları” qrupunun görüşündə iştirakı mümkün saymır”

Aleksandr Lukaşeviç: “Rusiya Suriya hökumətinin iştirakı olmadan “Suriyanın dostları” qrupunun görüşündə iştirakı mümkün saymır”
# 24 may 2012 14:37 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Rusiya Abu-Dabidə keçiriləcək “Suriyanın dostları” qrupunun görüşündə iştirak etməyəcək”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Naziriliynin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, Rusiya hazırkı Suriya hökümətinin iştirakı olmadan keçirilən görüşdə iştirak etməyi mümkün saymır: “Rusiya XİN-ə bu görüşdə iştirak etmək üçün müraciət edilib. Lakin Rusiya tərəfi bildirib ki, Suriya hökümətinin iştirakı olmadan ölkənin iqtisadi inkişafı barədə müzakirərlərə qatılmaq mümkün deyil”.

Qeyd edək ki, “Suriyanın dostları” qrupunun ilk görüşü bu ilin aprelində İstanbulda keçirilib. Həmin görüşdə qrup müxalif Suriya Milli Şurasını legitim Suriya hökuməti elan etmişdi. Bu görüşdə Bəşər Əsəd rejiminə qarşı ssanksiyaları hazırlayan işçi qrup yaradılmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR