AZAL Bakı-Kiyev-Bakı aviareysinə xüsusi tarif tətbiq edib

AZAL Bakı-Kiyev-Bakı aviareysinə xüsusi tarif tətbiq edib
# 24 iyul 2012 09:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Kiyev-Bakı aviareysinə yeni tarif tətbiq edib.

AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, şirkət öz sərnişinləri üçün sərfəli təklifləri tətbiq etmək siyasətini davam etdirərək, Bakı-Kiyev-Bakı istiqamətində ekonom sinfi üçün xüsusi tarif tətbiq edib: «Yeni tarif çərçivəsində bir tərəfli aviabiletin qiyməti vergi və yığımsız 100 avro təşkil edir».

Xüsusi tarif yalnız ikitərəfli və dönüş tarixi avqustun 10-dan gec olmayan aviabiletlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, AZAL Bakı-Kiyev marşrutu üzrə uçuşları hər həftənin I, II, III, IV və VI günləri yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR