“Azərsu” üç dövlət qurumunu məhkəməyə verib

“Azərsu” üç dövlət qurumunu məhkəməyə verib
# 03 oktyabr 2012 09:17 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Azərsu” ASC 3 dövlət qurumunu məhkəməyə verib.

APA-nın məlumatına görə, “Azərsu” ASC Bakı şəhər İcra Hakimiyyətinin İnzibati Xidmət Obyektinə, Sumqayıt şəhər 1 saylı Xəstəxanasına və Sumqayıt şəhər Telekommunikasiya Qovşağına qarşı ayrı-ayrılıqda borcun ödənilməsi tələbi barədə iddia qaldırıb. İddialara 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində və Sumqayıt şəhər İnzibati İqtisad Məhkəməsində baxılıb. Lakin iddialar təmin olunmayıb. Həmin qərarlardan verilən apellyasiya şikayətləri də təmin edilməyib.

Bundan sonra “Azərsu” ASC hər bir qərardan ayrı-ayrılıqda kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hazırda kassasiya şikayətləri əsasında məhkəmə prosesləri Ali Məhkəmədə davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR