Vergilər naziri Fazil Məmmədov: «Azərbaycanda vergi və rüsumların internetlə ödənilməsi üçün hazırlıq işləri başa çatdırılıb»

Vergilər naziri Fazil Məmmədov: «Azərbaycanda vergi və rüsumların internetlə ödənilməsi üçün hazırlıq işləri başa çatdırılıb»
# 09 fevral 2012 09:19 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda vergi və dövlət rüsumlarının internet vasitəsilə ödənilməsi üçün elektron xidmətin tətbiqi ilə bağlı hazırlıq işləri başa çatdırılıb.

«APA-Economics»in xəbərinə görə, bu barədə vergilər naziri Fazil Məmmədov bu gün «Azərbaycanda vergi sistemi: reallıqlar və perspektivlər» mövzusunda Bakıda keçirilən ilk Vergi Forumundakı çıxışında bildirib.

Onun sözlərinə görə, banklar və digər aidiyyəti qurumlarla müvafiq kollektiv müqavilə imzalandıqdan sonra sistem fəaliyyətə başlayacaq.

Nazir bildirib ki, bu gün müzakirə edilən əsas məsələlərdən biri də vergilərin elektron ödəmələr sisteminin inkişaf etdirilməsidir: «Ümid edirəm ki, bu sahədə də qısa müddətdə ciddi irəliləyişlər əldə ediləcək, yaxın gələcəkdə isə vergilərin mobil telefonlar vasitəsilə ödənilməsi mümkün olacaq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR