Ombudsman Aparatının əməkdaşları 10 və 11 saylı cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarına başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları 10 və 11 saylı cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarına başçəkmə həyata keçiriblər
# 11 avqust 2012 11:26 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Ombudsman Elmira Süleymanovun tapşırığına əsasən, milli preventiv mexanizm qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 və 11 saylı cəzaçəkmə müəssisələrinin cərimə təcridxanalarına başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qrupun üzvləri orada saxlanılan məhkumlarla təklikdə söhbət aparıblar, onların cərimə təcridxanasında saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar. Qəbul edilən məhkumlar rəftar və saxlanılma şəraitindən şikayət etməyiblər.

Son günlər ölkədə havaların isti keçməsi ilə əlaqədar olaraq Penitensiar Xidmətin həbsxanasında, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında saxlanılan məhkumların vəziyyətinin araşdırılması və imkan daxilində saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün müvəkkil Ədliyyə Nazirliyinə müraciət edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR