Azərbaycan prezidenti Qax və Şəki rayonlarına səfər edib

Azərbaycan prezidenti Qax və Şəki rayonlarına səfər edib
# 09 sentyabr 2012 13:32 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin baş vermiş zəlzələ ilə bağlı müvafiq komissiyası tərəfindən Qax rayonunda keçirilən baxış nəticəsində 3 min 336 fərdi evin və 19 sosial obyektin qəzalı vəziyyətdə olmasına dair rəylər verilib. Rayonun Güllük, Qapıçay, Ləkit, Ləkit-Kötüklü, Zərnə və Fıstıqlı kəndlərində 295 fərdi ev sökülüb. Bu evlərdən 266-da tikinti işləri aparılır.

Qeyd edildi ki, zəlzələ Güllük kəndinə daha çox ziyan vurub. Güclü yeraltı təkanlar nəticəsində bu kənddəki 550-dən çox fərdi evin, demək olar ki, hamısına müxtəlif dərəcədə ziyan dəyib. Mayın 9-da prezident İlham Əliyev zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərlə yerində tanış olmaq üçün fəlakət bölgəsinə səfər edərkən, Güllük kəndində də olub, zərərçəkən sakinlərlə görüşmüşdü. Təbii fəlakətin törətdiyi fəsadlarla yerində tanış olan dövlət başçısı qəzalı evlərin sökülərək, təcili surətdə yenilərinin tikilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq göstərişlər verib.

Prezident İlham Əliyevə məlumat verildi ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən A. Məmmədov üçün tikilmiş fərdi evin ümumi sahəsi 118 kvadratmetrdir. Beş otaqdan ibarət ikimərtəbəli ev qısa müddətdə, yüksək keyfiyyətlə inşa olunub. Yeni ev zəruri avadanlıqla təchiz edilib.
Ev sahibi Abdulla Məmmədov ailəsi adından Azərbaycan prezidentinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib.

Prezident Şəki şəhərinə də gəlib. Dövlət başçısı Şəkidə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Ölkə başçısına Şəkidə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR