Bakıda “Azərbaycan və UNESCO 20 il: Davamlı inkişaf naminə təhsil” adlı konfrans keçirilir - FOTO

Bakıda “Azərbaycan və UNESCO 20 il: Davamlı inkişaf naminə təhsil” adlı konfrans keçirilir - <font color=red>FOTO</font>
# 04 iyun 2012 09:06 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan və UNESCO 20 il: Davamlı inkişaf naminə təhsil” adlı konfrans keçirilir. APA-nın xəbərinə görə, konfransı açan AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib ki, Azərbaycan və UNESCO-nun əməkdaşlığı elm, sosial və humanitar sahələri əhatə edərək ciddi şəkildə inkişaf etməkdədir. O xatırladıb ki, Azərbaycan və onun mədəni irsi (Azərbaycan mətbəxi, milli xalçalar) tez-tez plagiata məruz qalır: “Belə hallar daha çox siyasi xarakter daşıyır”. A. Mustafayeva Azərbaycanda təhsil sahəsində beynəlxalq təcrübə əsasında islahat aparılmasının və elmin strukturunun dəyişməsinin vacibliyini vurğulayaraq UNESCO-nun bu sahədə təcrübəsinin önəminə diqqət çəkib. O, əməkdaşlıq sahələrindən biri kimi reproduktiv sağlamlıq sahəsini göstərərək Azərbaycanda bununla bağlı qanun layihəsi hazırlandığını, lakin əhalinin hələlik bu qanuna hazır olmadığını söyləyib.

Azərbaycanın UNESCO üzrə milli komissiyasının birinci katibi Günay Əfəndiyeva iki tərəf arasında əməkdaşlığın əsas məqamlarından danışıb. O qeyd edib ki, Azərbaycan təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verir və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri olması da bu önəmin göstəricisidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR