Bakıda avtomobil qarajında yanğın olub

Bakıda avtomobil qarajında yanğın olub
# 05 iyun 2012 14:05 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda avtomobil qarajında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 900 kv.m olan anbarda “Hyundai Tucson” markalı minik avtomobilinin yanar hissələri, “Hyundai Sonata” markalı minik avtomobilinin qapıları və 80 kv.m sahəyə yığılmış yağ çəlləkləri yanıb. Anbar və anbarda olan digər avtomobillər (33 ədəd) yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 11:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR