Liviya üsyançıları hökumət binasına hücum ediblər, ölənlər var

Liviya üsyançıları hökumət binasına hücum ediblər, ölənlər var
# 08 may 2012 17:46 (UTC +04:00)
Bakı-APA. Polkovnik Müəmmər Qəddafinin devrilməsində iştirak edən
Liviya üsyançıları hökumət binasına hücum ediblər, 4 nəfər mühafizə xidmətinin əməkdaşı öldürülüb, bir necə nəfər yaralanıb. Üsyançılar binaya daxil ola biliblər.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, onlar Liviya Keçid Hökumətinin maddi yardımın üsyançılara verilməsini tələb edirlər. Bu yardımın Qəddafi hakimiyyətinə qarşı vuruşan dəstələrə verilməsi nəzərdə tutulur.

Lakin aşkar olunan çoxsaylı maliyyə fırıldaqçılıqdan sonra pulların verilməsi dayandırılıb.

Hadisənin detalları bildirilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR