Küveytdə “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib

Küveytdə “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi keçirilib
# 22 fevral 2012 12:17 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Küveytdəki səfirliyi və “VətənSevər” Azərbayan-Küveyt Dostluq və Mədəniyyət Cəmiyyətinin birgə təşkilatçılığı ilə Türkiyənin bu ölkədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Türk məktəbində “Xocalı uşaqların gözü ilə” adlı rəsm əsərlərindən ibarət sərgi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgidə Azərbaycanın və Türkiyənin Küveytdəki səfirliklərinin əməkdaşları, yerli ictimaiyyət, eləcə də digər milli icmaların, həmçinin KİV nümayəndələri iştirak ediblər. Sərgini izləməyə gələnlərə erməni təcavüzkarlarının törətdikləri Xocalı soyqırımı barədə bir neçə dildə ətraflı məlumat verilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR