Azərbaycan nümayəndə heyəti Çanaqqala zəfərinin 97-ci ildönümü münasibətilə keçirilmiş mərasimdə iştirak edib

Azərbaycan nümayəndə heyəti Çanaqqala zəfərinin 97-ci ildönümü münasibətilə keçirilmiş mərasimdə iştirak edib
# 20 mart 2012 01:33 (UTC +04:00)
Bak-APA. Azərbaycan nümayəndə heyəti Çanaqqala dəniz zəfərinin 97-ci ildönümü münasibətilə keçirilmiş mərasimdə iştirak edib.
APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan nümayəndə heyəti Türkiyə Baş nazirinin müavini Bülənt Arınç, daxili işlər naziri İdris Naim Şahin və digər rəsmilərlə birgə Cümhuriyyət meydanındakı Atatürkün abidəsi önünə əklil qoymub.
Mərasimdə Çanaqqala valisi Güngör Azim Mustafa Kamal Atatürkün komandanlığı ilə qazanılmış bu zəfər haqqında ətraflı danışıb.
Sonra Baş nazirin müavini B.Arınç Çanaqqala valiliyində Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qardaş ölkənin qurtuluş savaşında canlarından keçmiş azərbaycanlıların siyahısını Türkiyə Baş nazirinin müavininə təqdim edib. B.Arınça üzərində Türkiyənin və Azərbaycanın dövlət bayraqları əks edilmiş güldan da hədiyyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR