Növbəti tədris ilində məktəbli formalarının eskiz və satış qiymətlərində dəyişiklik olmayacaq
17 iyul 2012 08:01 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu il məktəb formalarının eskizlərində və satış qiymətlərində heç bir dəyişiklik olmayacaq. Bu barədə APA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı məlumat verib. Onun sözlərinə görə, bu məsələdə valideynlərin imkanları nəzərə alınıb. Z. Əliqızı deyib ki, Bakı məktəblərinin şagirdləri ötən il aldıqları formalardan istifadə edə bilərlər. Sektor müdiri məktəbli formalarının satışı ilə bağlı heç bir problem olmadığını da bildirib: “Məktəbli geyimləri il boyu satışda olur, may ayından isə kütləvi satışa başlanıb. Geyimlər Bakıda xüsusi mağazalarda satılır. Valideynlər formaları rahatlıqla ala, ölçülərdə problemlər yaransa hətta dəyişdirə də bilərlər”.
Qeyd edək ki, 2007-2008-ci tədris ilindən başlayaraq Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində məktəbli forması tətbiq olunur. 2010-2011-ci tədris ilində idarənin tabeliyində olan bütün təhsil müəssisələrinin I-IV sinif şagirdləri vahid məktəbli geyiminə keçib. Ötən tədris ilindən isə paytaxtdakı ümumtəhsil məktəblərinin bütün siniflərinin şagirdləri vahid məktəbli formasından istifadə etməyə başlayıblar.

Sosial
Türkiyə MN: Ankara “S-400” sistemlərini kiməsə vermək niyyətində deyil
21:13
2 may 2024
Norveçli səyyahlar Ağdamda olublar - FOTO - YENİLƏNİB
18:18
2 may 2024
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun olub
17:53
2 may 2024
İkinci Dünya müharibəsi ilə bağlı Sərəncam 3 minə yaxşı şəxsi əhatə edəcək
16:29
2 may 2024