Azərbaycanda daha bir tikinti şirkətinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Azərbaycanda daha bir tikinti şirkətinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb
# 01 iyun 2012 11:24 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, “Xəzərə mənzərə” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Xətai rayon məhkəməsinin 14 mart 2012-ci il tarixli xüsusi qərardadı əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılıb. Müəyyən edilib ki, MTK-nın vəzifəli şəxsləri öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək vergidən yayınmaq məqsədilə Bakı şəhəri, N.Tusi küçəsi, 14 saylı ünvanda inşa edilmiş yaşayış binasında Bakı şəhər sakini İmanova Gülbəniz Sahib qızına 10 fevral 2008-ci il tarixli müqavilə ilə 17 min 94 ABŞ dollarına satılmış mənzili, sonuncunun ərizəsi əsasında Bakı şəhər sakini Ağayeva Liana Hüseynağa qızının adına rəsmiləşdirilməsi üçün 8 dekabr 2005-ci il tarixə saxta müqavilə tərtib edib vətəndaşa təqdim etməklə vəzifə saxtakarlığı ediblər.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR