Obama: «ABŞ-ı böhrandan qadınlar çıxaracaqlar»

Obama: «ABŞ-ı böhrandan qadınlar çıxaracaqlar»
# 07 aprel 2012 00:49 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Ağ Evdə keçirilən iqtisadiyyatda qadınların roluna həsr olunmuş konfransda bəyan edib ki, ölkəsinin qarşılaşdığı ciddi iqtisadi problemlərinə həllində əsas ümidlərini məhz zərif cinsin nümayəndələri ilə bağlayır.

Ağ Evin başçısı qeyd edib ki, növbəti ABŞ prezidenti seçkilərində qadınlar böyük rol oynayacaqlar.

ABŞ prezidenti etiraf edib ki, əvvəlki kimi onun üçün əsas adam arvadı Mişel Obamadır.

Ağ Ev rəhbərinin sözlərinə görə, qadınları hər hansı imkanlardan məhrum edən dövlət əslində onları itirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR