Elmira Süleymanova Gəncədəki 2 saylı İstintaq Təcridxanasına baş çəkib

Elmira Süleymanova Gəncədəki 2 saylı İstintaq Təcridxanasına baş çəkib
# 19 may 2012 12:31 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA Azərbaycanın insan haqları üzrə müvəkkili Elmira Süleymanova mayın 18-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasına baş çəkib, təcridxananın saxlanma şəraiti ilə tanış olub. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Müvəkkil baş çəkmə zamanı müəssisəsinin cərimə təcridxanasında saxlanılan şəxslə, müəssisədə saxlanılan 9 qadınla və yetkinlik yaşına çatmayan 5 nəfərlə görüşüb. E. Süleymanova onların saxlanma şəraiti, qidalanması, tibbi xidmətin səviyyəsi, müəssisə əməkdaşlarının həmin şəxslərlə rəftarı ilə maraqlanıb. Saxlanılan şəxslər təcridxanadakı şəraitdən narazı olmadıqlarını bildiriblər.

Bununla yanaşı, görüş zamanı bəzi saxlanılanlar barələrində aparılan istintaqın qeyri-obyektiv olması ilə bağlı müvəkkilə müraciət ediblər. E. Süleymanova qaldırılan məsələlərlə bağlı tədbir görülməsi üçün müvafiq dövlət orqanlarına müraciət edəcəyini bildirib və saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələrini verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR