Gürcüstanın daxili işlər naziri vəzifəsinə təqdim olunan İrakli Qaribaşvili: “Azərbaycanlılar da polis sistemində çalışacaq” - FOTO

Gürcüstanın daxili işlər naziri vəzifəsinə təqdim olunan İrakli Qaribaşvili: “Azərbaycanlılar da polis sistemində çalışacaq” - <font color=red>FOTO</font>
# 08 oktyabr 2012 14:12 (UTC +04:00)
Bizim üçün çox vacibdir ki, bütün qonşularımızla normal və möhkəm əlaqə yaradaq. Biz bunu mütləq həyata keçirəcəyik”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri APA-ya eksklüziv açıqlamasında Gürcüstanın yeni daxili işlər naziri vəzifəsinə təqdim olunan İrakli Qaribaşvili deyib. O bildirib ki, polis siyasətdən kənar olmalıdır: “Bizim polis daha siyasi tapşırıqları yerinə yetirməyəcək. Polis ona göstərilən təzyiqlərdən və qanunsuz tapşırıqlardan azad olmalıdır”.

İ. Qaribaşvili hazırda vəzifədə çalışan polislərin işdə saxlanacağını söyləyib: “Heç bir polis öz vəzifəsindən qanunsuz azad edilməyəcək və biz onların hüquqlarının qarantıyıq. Qarant mənəm və bizim polisin birinci dostu mən olacağam”.

İ. Qaribaşvili Gürcüstanda yaşayan milli azlıqların, o cümlədən azərbaycanlıların da polis sistemində çalışacağını vurğulayıb: “Biz azərbaycanlı və digər millətlərin nümayəndələri ilə əməkdaşlıq edəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR