Musiqili Komediya Teatrının direktoru Sankt-Peterburqda keçiriləcək Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının yığıncağında iştirak edəcək

Musiqili Komediya Teatrının direktoru Sankt-Peterburqda keçiriləcək Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının yığıncağında iştirak edəcək
# 05 mart 2012 13:00 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Martın 10-da Sankt-Peterburq Opera Teatrında Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının növbəti yığıncağı keçiriləcək. Rusiya Teatr Xadimləri İttifaqı və Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının dəvəti ilə mart ayının 9-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev yığıncaqda iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, assosiasiyanın ümumi yığıncağında Azərbaycan Dövlət Musiqili Komediya Teatrının Rusiyaya qastrolları, Assosiasiyaya daxil olan teatrlarla qarşılıqlı yaradıcılıq əlaqələri və Rusiya teatrlarının aparıcı sənət ustalarının Bakıya dəvət edilməsi məsələləri müzakirə ediləcək. Azərbaycan Dövlət Musiqili Komediya Teatrı binasının təmiri ilə əlaqədar olaraq, teatrda istismara veriləcək yeni texniki avadanlıqlar üzrə mütəxəssislərin tanınmış teatrlarda stajkeçmə məsələləri də müzakirə olunacaq məsələlər sırasındadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR