Azərbaycan Mərkəzi Bankının yeni not buraxılışını yerləşdirib

Azərbaycan Mərkəzi Bankının yeni not buraxılışını yerləşdirib
# 03 may 2012 09:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 50101834S seriyalı, ümumi həcmi 40 mln. manat, hərraca çıxarılan həcmi 35 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən «APA-Economics»ə verilən məlumata görə, hərracda iştirak edən 4 investor tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 42 866 800 manat təşkil edib. Sifarişlər 99,9106% (gəlirlik 1,15%) və 99,8796% (gəlirlik 1,55%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99,8898% (gəlirlik 1,42%), orta ölçülmüş qiyməti 99,8950% (gəlirlik 1,35%) səviyyəsində müəyyən edilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi 35 mln. manat məbləğində müəyyənləşdirilib.

Qeyd edək ki, bu not buraxılışının ödəmə tarixi 30 may 2012-ci ildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR