Taqanroqda 416-cı Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçiriləcək - FOTO

Taqanroqda 416-cı Azərbaycan diviziyasının xatirəsinə ucaldılmış abidənin açılış mərasimi keçiriləcək - <font color=red>FOTO</font>
# 07 may 2012 13:55 (UTC +04:00)
Bakı-APA. Mayın 9-da Taqanroqda bu şəhərin faşistlərdən azad edilməsində qəhrəmanlıqla həlak olmuş əsgərlərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılışı olacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılış mərasimində Komitənin sədri Nazim İbrahimov, Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının rəhbəri Mixail Zabelin, Azərbaycan Kazakları icmasının, Respublika Veteranlar Şurasının nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, ictimai xadimlər, Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri və KİV nümayəndələri iştirak edəcəklər. Rusiya tərəfindən tədbirdə Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasiliy Qolubev, Rostov vilayətinin şəhər və rayonlarının nümayəndə heyətləri, Böyük Vətən Müharibəsi veteranları, Taqanroq hərbi qarnizonunun hissələri iştirak edəcəklər.
Abidənin açılışı və Böyük Vətən Müharibəsində qələbənin 67-ci ildönümü münasibətilə Memorial kompleksin önündə mitinq keçiriləcək. Mitinq başa çatdıqdan sonra təntənəli hərbi parad keçiriləcək.
Tədbir abidə önünə əklillərin qoyulma mərasimi ilə başa çatacaqdır.
Qeyd olunub k, Taqanroqdakı abidə kompleksi 1980-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə açılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR