Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Malayziya Baş Naziri Departamentinin naziri Dato Seri Mohamed Nazri bin Azizi qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Malayziya Baş Naziri Departamentinin naziri Dato Seri Mohamed Nazri bin Azizi qəbul edib
# 28 iyun 2012 14:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Malayziya Baş Naziri Departamentinin naziri cənab Dato Seri Mohamed Nazri bin Azizi qəbul edib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə qonağa ətraflı məlumat verib. O, həmçinin fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Qonaq öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini vurğulayıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə Azərbaycanla Malayziya arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, təcrübə mübadiləsinin təşkili və digər məsələlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR