Bakıda «Daxili auditin əsasları» üzrə kurs keçiriləcək

Bakıda «Daxili auditin əsasları» üzrə kurs keçiriləcək
# 09 oktyabr 2012 08:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Auditorlar Palatası təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə «Daxili auditin əsasları» mövzusunda kurslara başlayacaq.

Palatadan «APA-Economics»ə verilən məlumata görə, Beynəlxalq Daxili Auditorlar İnstitutunun (IIA) «Audit-Azərbaycan» İnstitutu ilə birgə təşkil etdiyi kurslar noyabr ayının 1-dən başlayaraq dekabrın 1-dək davam edəcək.

Kursun sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək. Kurslarda iştirak etmək istəyən şəxslər 2012-ci il noyabrın 1-dək Auditorlar Palatasına müraciət edərək müvafiq sənədləri təqdim etməlidir.
Qeyd edək ki, kurslar ödənişlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR