Azərbaycan ərazisində həftə sonu üçün hava proqnozu açıqlanıb: paytaxtda 20, bəzi rayonlarda 22 dərəcə isti olacaq

Azərbaycan ərazisində həftə sonu üçün hava proqnozu açıqlanıb: paytaxtda 20, bəzi rayonlarda 22 dərəcə isti olacaq
# 30 mart 2012 10:50 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, arabir güclənən cənub-qərb, qərb küləyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7 dərəcə, gündüz 17-20 dərəcə isti olacaq.

Aprelin 1-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6 dərəcə isti, gündüz 12-15 dərəcə isti təşkil edəcək.

Aprelin 2-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi arabir güclü olacaq. Havanın temperaturunun gecə 4-6 dərəcə, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 31-də hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 20 şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 5-10 dərəcə şaxta olacaq.

Aprelin 1-2-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Aprelin 2-də bəzi şimal və qərb rayonlarında az yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 12-17, aprelin 2-də 17-22, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 5-10, aprelin 2-də 10-15 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 5-10 dərəcə şaxta təşkil edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR