«Kənd təsərrüfatı kooperasiyaları haqqında» qanun aprel ayında parlamentin plenar sessiyasına təqdim olunacaq

«Kənd təsərrüfatı kooperasiyaları haqqında» qanun aprel ayında parlamentin plenar sessiyasına təqdim olunacaq
# 30 mart 2012 11:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanda «Kənd təsərrüfatı kooperasiyaları haqqında» qanunla bağlı təqdim edilmiş təkliflər nəzərə alınmaqla aprel ayında müzakirələri yekunlaşdırılaraq parlamentin plenar sessiyasına təqdim olunacaq. APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib.

Onun sözlərinə görə, qanunla bağlı müəyyən məsələlər vardı və artıq onlar həllini tapır: «Aprel ayında komitə təqdim olunmuş təklifləri də nəzərə almaqla müzakirəyə çıxarmaq niyyətindədir. Çalışacağıq ki qanun layihəsi tezliklə qəbul olunsun».

E.İbrahimov qeyd edib ki, qanun layihəsi birinci oxunuşdan keçib. Bir sıra beynəlxalq təşkilatların, hətta müxalifətdən olan mütəxəssislərin də rəyi alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR