Azərbaycanda piyadaların ölümü ilə nəticələnən bir neçə qəza baş verib

Azərbaycanda piyadaların ölümü ilə nəticələnən bir neçə qəza baş verib
# 03 noyabr 2012 10:53 (UTC +04:00)
Bakı-APA. Dünən Azərbaycan ərazisində piyadanın ölümü ilə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın DİN mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, dünən Sumqayıt şəhəri ərazisində, şəhər sakini Əbülfət Hüseynov "QAZ-31" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Tamara Orucovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Analoji hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb. Göytəpə şəhər sakini Taleh Şirinov "QAZ-5312" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Azər Səfərovu vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Masallı rayonunun İsgəndərli kəndi ərazisində isə rayon sakini Fərid Rəhmanov "VAZ-2101" markalı avtomaşını idarə edərkən yolu keçən həmyerlisi Röyalə Səfərlini vurub. Nəticədə piyada hadisə yerində ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR