Azərbaycanda rəsmi elektron poçtdan istifadə edən müəllimlərin sayı 2 minə çatıb

Azərbaycanda rəsmi elektron poçtdan istifadə edən müəllimlərin sayı 2 minə çatıb
# 23 fevral 2012 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan müəllimləri üçün korporativ elektron poçt xidmətində qeydiyyatdan keçmiş müəllimlərin sayı 2 min nəfərə çatıb.

İKT İnformasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, [email protected] elektron poçtu ilə müəllimlər Təhsil Nazirliyi, “Microsoft Azərbaycan” şirkətinin və “Mədəd Azərbaycan” təşkilatının birgə fəaliyyəti sayəsində “2008-2012-ci illərdə Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində təchiz olunublar.

“Microsoft Azərbaycan” şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domeni adı altında açılıb. Elektron poçt ünvanları “Microsoft Live@Edu” texnoloji platformasının bazasında işləyir. Müəllimlər üçün korporativ poçt 10 Gb-lıq təhlükəsiz poçt qutularına, müəllimlər şəbəkəsində məlumat mübadiləsi, ani yazışma sistemi, çevik axtarış sistemi, fərdi iş planlaşdırılması alətləri, şəbəkə qruplarının yaranması (maraqlara və ixtisaslara uyğun), böyük həcmli faylları internetdə saxlamaq üçün 25 Gb-lıq veb-məkan kimi üstünlüklərə malikdir.

“Microsoft Azərbaycan” şirkətinin Təhsildə Əməkdaşlıq Proqramının meneceri Emin Axundovun sözlərinə görə, [email protected] elektron poçtu ilə Dövlət Proqramı çərçivəsində təlimlərdən keçmiş, həmçinin «Elektron məktəb» layihəsinə qoşulmuş pilot məktəblərin müəllimlərinə təqdim edilir. E.Axundov qeyd edib ki, bu təşəbbüsün əsas məqsədi müəllimlər arasında internet vasitəsilə münasibətlərin dərinləşməsi və peşəkar informasiya mübadiləsinin yeni mərhələyə çatdırılmasıdır. Bununla bərabər təhsil işçilərinin rəsmi “e-poçt” ünvanları ilə təchizatı təhsil sistemində elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə zəmin yaradan amillərdən biridir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR