Azərbaycanda 2012-2013-cü tədris ilində məktəblilərin tətil günləri açıqlanıb

Azərbaycanda 2012-2013-cü tədris ilində məktəblilərin tətil günləri açıqlanıb
# 11 iyul 2012 12:01 (UTC +04:00)
APA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərs məşğələləri sentyabrın 15-də başlayıb mayın 31-də başa çatacaq. Dərs ili iki yarımilə bölünəcək. Birinci yarımil 15 sentyabr – 29 dekabr, ikinci yarımil isə 6 yanvar – 31 may tarixlərini əhatə edəcək. Dərs ili ərzində şagirdlər üçün payız tətili 12-17 noyabr (6 gün), qış tətili 30 dekabr – 5 yanvar (7 gün), yaz tətili 17-24 mart (8 gün)
tarixlərini əhatə edəcək. I (birinci) sinif şagirdləri üçün əlavə tətil günləri 12-17 fevral (6 gün) tarixlərində olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR